Noutbuklar mobil telefonları simsiz enerji ilə doldura biləcək
“İntel” şirkəti “Integrated Device Technology” (IDT) ilə digər qurğuları enerji ilə "hava" ilə doldura bilən çipset hazırlaması ilə məşğul olub. O, ultrabuk, kompyuter-monoblok, smartfon və avtonom “qida” mənbələri üçün hesablanacaq. Birinci belə çipseti 2013-cü ilin əvvəlinə istehsal etmək planlaşdırılır.
“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, simsiz enerji heç də yeni texnologiya deyil. Hələ 2009-cu ilin ortasında qurğunu enerji ilə simsiz dolduran “Palm Pre” smartfonu təqdim edilmişdi və 2011-ci ildə “LG”, “Powermat” və “Duracell” şirkətləri öz simsiz enerji doldurma variantlarını təqdim etdilər.
"Hava" ilə enerji doldurulması ilə digər iri şirkətlər də maraqlanır. 2012-ci ilin mayında “Samsung”, “Qualcomm” və digər beş şirkət “Alliance for Wireless Power” (A4WP) təşkilatının yaradılmasını elan etdilər.
Təşkilat simsiz enerji doldurulması texnologiyasının hazırlanması və standartlaşdırılması ilə məşğul olacaq. Qrupun məqsədlərindən biri eyni anda bir neçə qurğunu enerji ilə doldurmağa qadir sistem yaratmaqdır.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL