waplog

Nazirlik haker hücumları ilə bağlı məlumat yaydı


Son bir neçə gündə ermənilər tərəfindən müxtəlif texnoloji üsullarla Azərbaycanın dövlət orqanlarının, informasiya agentliklərinin, əyləncə saytlarının fəaliyyətinə əngəllər yaratmağa, onu dayandırmağa, həmçinin məzmununa müdaxilə etməyə cəhdlər göstərilir.

Ermənilər törətdikləri bu qeyri-qanuni əməlləri öz kütləvi informasiya vasitələrində açıq-aşkar etiraf edir və qürrələnirlər. Hətta yalan məlumat yayaraq ölkə başçısının saytına müdaxilə olunduğunu da bildirirlər.

Lakin qeyd edirik ki, bu aşkar yalandır və Azərbaycan Respublikası Prezidentinin saytı tamamilə işlək vəziyyətdədir və olunan bütün həmlələr dəf edilmişdir. Az sayda digər qurumların saytlarına baş vermiş müdaxilələr isə qısa bir zamanda aradan qaldırılmış və edilən həmlələrin qarşısının alınması üçün tədbirlər görülmüşdür.

Həmçinin bildiririk ki, azərbaycanlılar tərəfindən 30-dək erməni saytına edilmiş müdaxilələr barədə erməni mənbələrinin yaydığı məlumatlar öz təsdiqini tapmamışdır və bu öz hərəkətlərinə bəraət qazandırmaq üçün ermənilərin yaydığı növbəti uydurmadır.

Təəssüflə qeyd etmək lazımdır ki, ermənilər tərəfindən atılan bu addımlar tamamilə qanunaziddir və şəbəkə vasitəsilə mütəşəkkil hücumlar həyata keçirərək insanların məlumat almaq və biznes aparmaq hüquqlarının məhdudlaşdırılması beynəlxalq normaları pozur. 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL