waplog

Müəllif Hüquqları Agentliyi xüsusi qorunan məlumat toplularının qeydiyyatını avtomatlaşdırıb


Müəllif Hüquqları Agentliyi xüsusi qorunma hüququ ilə qorunan məlumat toplularının qeydiyyatını aparır. Qanunvericiliklə müəyyən olunmuş sənədlər əsasında xüsusi qorunma hüququ ilə qorunan məlumat topluları qeydiyyatdan keçirilir və onlara nümunəsi Nazirlər Kabinetinin 19 avqust 2005-ci il tarixli 156 nömrəli qərarı ilə təsdiqlənmiş “Qeydiyyat haqqında Şəhadətnamə” verilir. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Müəllif Hüquqları Agentliyindən məlumat verilib.

Agentlikdən bildirilib ki, sözügedən elektron xidmət  qismən avtomatlaşdırılıb və xidmətin icra müddəti 5-15 gün vaxt tələb edir: “Qismən avtomatlaşdırılmış elektron xidmətin göstərilməsi üçün təqdim edilmiş məlumatın dolğunluğundan asılı olaraq, xidmətin müddətinin aşağı və yuxarı həddi müəyyən olunur. Xidmətin istifadəçiləri fiziki və hüquqi şəxslər, dövlət orqanları, yerli özünüidarəetmə orqanlarıdır.

Məlumat toplusunun qeydiyyatı üçün istifadəçi və ya sifarişçi tərəfindən agentliyin “http://www.copag.gov.az/” internet ünvanında yaradılmış “Elektron xidmətlər” bölməsində və ya “http://www.e-gov.az/” portalında yerləşdirilən ərizə forması doldurulur. Sorğu qeyri-iş günləri istisna olmaqla elektron xidmətlər bölməsinə daxil olduğu tarixdə qeydə alınır və bu barədə dərhal istifadəçi elektron poçtla məlumatlandırılır”.

Qeyd edək ki, Müəllif Hüquqları Agentliyi tərəfindən göstərilən elektron xidmətlər “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” respublika prezidentinin 23 may 2011-ci il tarixli fərmanına əsasən və “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi qaydalarının və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli qərarına uyğun olaraq həyata keçirilir. Təqdim olunan elektron xidmətlərlə bağlı müraciətlər, ərizələr və sənədlər “mha@copag.gov.az” elektron poçt ünvanı vasitəsilə qəbul olunur və müvafiq qaydada icra edilir.
 
HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL