Azərbaycan 2013-cü ildən "eTwinning" məktəb tərəfdaşlığı layihəsini işə salacaq
Azərbaycan Təhsil Nazirliyi 2013-cü ilin yanvarından Bakı şəhərinin 10 məktəbində Avropa Komissiyasının "eTwinning" məktəb tərəfdaşlığı layihəsini işə salacaq.
Bu barədə Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Treninq və monitorinq şöbəsinin direktoru Ramil Süleymanov bildirib.
Onun sözlərinə görə, oktyabrda Brüsseldə AK-nın layihəyə qoşulmuş ölkələrin, o cümlədən Azərbaycanın nümayəndələri ilə görüşü keçiriləcək.
"Görüş çərçivəsində layihənin gələcək reallaşdırılması meyarları və onun maliyyələşdirilməsi məsələlərinin müzakirəsi planlaşdırılır. Azərbaycan layihəsinin reallaşdırılmasına vəsaitlərin 80 faizi AK tərəfindən qrant şəklində, yerdə qalan 20 faiz isə daxili resurslar hesabına ayrılacaq. Layihəyə qoşulacaq Azərbaycan məktəbləri layihədə iştirak etmək üçün tələb olunan meyarlara tam uyğun gəlirlər.
Məktəblər texniki avadanlıqlarla təchiz edilib, internet şəbəkəsinə çıxışa malikdir, müəllimlərin hazırlıq səviyyəsi yüksəkdir. Gələcəkdə müəllimlər üçün "eTwinning" platforması ilə işləmək üzrə treninqlər təşkil olunacaq", - Süleymanov bildirib.
Avropa Komissiyasının təşəbbüsü ilə yaradılan "eTwinning" portalı tərəfdaş məktəblərin görüşü üçün virtual meydançadır. Bu portal vasitəsilə müxtəlif ölkələrin məktəbliləri bir-biriləri ilə ünsiyyət qura, mədəniyyət və tarix haqqında informasiya mübadiləsi apara bilərlər. Proqram beş il ərzində reallaşdırılır və bu müddət ərzində müxtəlif ölkələrdən olan minlərlə müəllim və şagird arasında internet əlaqəsi yaradılacaq.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL