Regionlarda “2D” seysmik işlər üzrə layihə sənədinin icrası ilə bağlı monitorinqlər aparılıb
“2D” Seysmik İşlər üzrə Birgə Tədqiqat üçün Ətraf Mühitin Təsirinin Qiymətləndirilməsi layihə sənədinin hazırlanması ilə bağlı görülmüş işlər, profil xətləri keçən həssas ərazilərin birgə araşdırılması məqsədi ilə ARDNŞ-in Ekologiya idarəsinin əməkdaşlarının və “ConocoPhillips” şirkətinin nümayəndəsi A.Santenellonun iştirakı ilə cari ilin avqust ayında Şamaxı, İsmayıllı, Qəbələ, Ağdaş, Göyçay və Ağsu rayonlarında monitorinqlər aparılıb.
“ICTnews” elektron xəbər xidmətinin Ekologiya idarəsinə istinadən verdiyi məlumata görə, monitorinq zamanı qeyd olunan rayonların ərazilərindən keçən profillərin üzərində vizual müşahidələr aparılmış, seysmik işlərin həssas ərazilərə mümkün təsirləri, tədqiqat rayonunun mövcud bitki və heyvanat aləmi, torpaq örtüyü və sosial-iqtisadi vəziyyəti barədə “ConocoPhillips” şirkətinin nümayəndəsinə ətraflı məlumat verilib.
Profil xətlərinin keçdiyi sahələrə yaxın yerləşən həssas ərazilərdə bir neçə “Qırmızı kitab” növünün olması müəyyənləşdirilmiş və ərazidə nəzərdə tutulan “2D” seysmik işlərin aparılacağı müddətdə bu məsələyə xüsusi diqqətin yetirilməsinin və bu proseslərdə botanik və zooloqların iştirakının təmin olunmasının vacibliyi qeyd olunub.
“ConocoPhillips” şirkətinin nümayəndəsi ƏMTQ sənədinin hazırlanması üzrə görülən işlərin mövcud vəziyyətindən razı qaldığını bildirməklə, təqdim olunacaq yekun sənəddə, seysmik işlər aparılarkən ətraf mühitə və sosial sahəyə mümkün bütün mənfi təsirlərin öz əksini tapacağına ümidvar olduğunu bildirib.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL