“Nobel” mükafatı laureatı Jores Alfyorov: “Elm və təhsilin prioritet vəzifəsi yüksək texnologiyaları inkişaf etdirməkdir”
“Nobel” mükafatı laureatı məşhur fizik Jores Alfyorov yüksək texnologiyaların inkişaf etdirilməsini elm və təhsilin prioritet vəzifəsi hesab edir. “http://www.itar-tass.com/” saytının məlumatına görə, bu haqda o, Rusiyanın Təhsil və Elm Nazirliyi nəzdindəki İctimai Şuranın iclasında bildirib. “Bu gün ölkədə daha mühüm vəzifələrdən biri elm və təhsilin inkişafıdır. Biz hər iki sahəni dünya səviyyəsinə qaldırmalıyıq”.
Onun sözlərinə görə, yalnız bu halda 2 məsələni həll etmək mümkündür: iqtisadiyyatın diversifikasiyasını təmin etmək və perspektivdə xammal asılılığından azad olmaq. “Buna yalnız yüksək texnologiyaları dirçəltməklə nail olmaq olar. 20 il ərzində dünyada texnologiyaların inkişafında çox böyük tərəqqi əldə olunub, elm sürətlə inkişaf edib və yalnız qabaqcıl mövqe tutmaqla iqtisadiyyatı və elmi dirçəldə bilərik”.
Qeyd edək ki, Jores Alfyorov bu yaxınlarda Rusiyanın Təhsil və Elm Nazirliyi nəzdindəki İctimai Şuranın sədri seçilib. İclasda Təhsil və elm naziri Dmitri Livanov bildirib ki, J.Alfyorov Rusiyada çalışan və təhsil sahəsinə böyük töhfələr verən yeganə “Nobel” mükafatçısıdır: “Məhz alimin gərgin əməyi və səyi sayəsində Rusiyanın yeni intellektual elitasının formalaşmasında mühüm rol oynayan Peterburq Akademik Universiteti yaradılıb. Bu insan həqiqətən də təhsil sahəsində yüksək elmi nailiyyətlər əldə etmiş, uğurlu layihələrin həyata keçirilməsi ilə bağlı böyük təcrübəyə malikdir”.
J.Alfyorovun tədqiqatları informatikanın inkişafında mühüm rol oynayır. Hazırda alim Akademik Universitetin rektoru və təşkilatçısıdır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL