waplog

Paytaxtda “Neftqazçıxarma”da yeni texnologiyalar” II Beynəlxalq elmi-praktiki konfrans keçiriləcək


Bu ayın 6-7-də Bakıda "Neftqazçıxarma"da yeni texnologiyalar" II Beynəlxalq elmi-praktiki konfrans keçiriləcək. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, konfransda ABŞ, İngiltərə, Rusiya, Kanada, Almaniya, Avstriya, Qazaxıstan, Türkiyə, Rumıniya və digər ölkələrin 200-ə qədər aparıcı şirkətləri iştirak edəcəkdir.

"Neftqazelmitədqiqatlayihə" İnstitutundan bildiriblər ki, tədbirdə "Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı", "Neft, qaz və bitum yataqlarının işlənməsi və istismarı", "Qaz anbarlarının işlənməsi və istismarı", "Dərin dəniz yataqlarının sualtı istismarı təcrübəsi və inkişaf perspektivliyi", "Neft və qaz quyularının qazılması və tamamlanması", "Korroziyadan mühafizə" və "İstehsal proseslərinin avtomatlaşdırılması" bölmələrində müzakirələr keçiriləcək.





SEYMUR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL