waplog

Amerika ilə Azərbaycan arasında İKT sektorunda əməkdaşlıq perspektivləri müzakirə ediləcək


Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Amerika-Azərbaycan Ticarət Palatasının (AMCHAM) üzvləri ilə əməkdaşlıq perspektivlərini müzakirə edəcək. Ticarət Palatasının  yaydığı məlumata görə, sentyabrın 10-da Bakıda keçiriləcək görüş çərçivəsində hökumət və informasiya texnologiyalarının özəl sektoru arasında dialoqun qurulması və münasibətlərin inkişafına yardım məsələlərinin müzakirə edilməsi planlaşdırılır. Tərəflər arasında əməkdaşlığın cari vəziyyəti və perspektivləri nəzərdən keçiriləcək.

Görüş Azərbaycanın dövlət sektorunun təşkilatın üzvləri ilə yaxınlaşmasına yardım edən Ticarət Palatasının təşəbbüsü ilə keçiriləcək.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL