Azərbaycan qlobal rəqabət qabiliyyətlilik indeksinə görə 46-cı yeri tutur
Azərbaycan qlobal rəqabət qabiliyyətlilik indeksinə görə dünyanın 140 ölkəsi arasında 46-cı yeri tutur.
Bu barədə Dünya İqtisadi Forumunun bu gün dərc etdiyi “Global Competitivness Report 2012-2013” adlı hesabatında bildirilir.
Hesabata əsasən, Azərbaycan ötən il tutduğu mövqeyini (55-ci yer) yaxşılaşdıraraq 9 pillə irəliləyib. Qonşu ölkələrdən Gürcüstan 77-ci, Ermənistan 82-ci, Türkiyə 43-cü, Rusiya isə 67-ci yeri tutub.
Siyahıya ötənilki kimi İsveçrə və Sinqapur başçılıq edir. İlk üçlüyü Finlandiya tamamlayır.Qeyd edək ki, Dünya İqtisadi Forumu milli rəqabət qabiliyyətliliyini ölkənin və onun institutlarının ortamüddətli perspektivdə möhkəm olacaq iqtisadi artımın stabil templərini təmin etmək qabiliyyəti kimi müəyyən edir.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL