İki ən böyük netbuk istehsalçısı “ağ bayraq” qaldırdı
İki ən böyük netbuk istehsalçısı olan “Asus” və “Acer” şirkətləri bu sinif qurğuların istehsalını dayandıracaqlar.
“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Asus”un “Eee PC” netbuk istehsalından imtina etməsini şirkətin direktoru Cerri Şen təsdiq edib. Onu “Transformer” planşeti əvəzləyəcək, belə ki, bu planşetə klaviatura qoşmaqla onu netbuka çevirmək olar. “Acer” şirkətinin nümayəndələri hələ ki netbuk istehsalından imtinanı rəsmi olaraq təsdiq etməyiblər.
“DigiTimes” mənbələrinin qiymətləndirmələrinə görə, hər iki şirkətin netbuk bazarını tərk etməsi nəticəsində 2012-ci ilin dördüncü rübündə “İntel Atom” prosessorlarının tədarük həcmi 2 dəfə azalacaq.
Netbuk istehsalından imtinaya səbəb qurğuya tələbatın azalması ola bilər. İnsanlar netbuk əvəzinə planşet almağa üstünlük verirlər.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL