waplog

ABŞ-da smartfonların populyarlığı daha da artır


“ComScore” şirkəti 2012-ci ilin iyul ayı üzrə Amerikanın mobil aparat bazarı üzrə statistikanı elan edib.
“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, ABŞ-ın 13 yaşdan yuxarı təxminən 234 milyon sakini mobil rabitədən istifadə edir.

“Samsung” şirkəti aparıcı istehsalçılarının reytinqində liderlik edir. Belə ki, şirkətin bazar payı 25,6 faiz təşkil edir. “LG Electronics” 18,4 faiz göstərici ilə ikinci yerdə, “Apple” 16.3 faiz göstərici ilə üçüncü yerdə qərarlaşıb.

Müşahidələr göstərir ki, smartfonların populyarlığı artmağa davam edir. Belə ki,  son üç ay ərzində ABŞ-da belə qurğu sahiblərinin sayı 7 faiz artaraq 114 milyon təşkil edib. Smartfonların 52,2 faizi “Android” platforması ilə işləyir. “Apple iOS” platforması Amerikanın smartfon bazarının 33,4 faizini tutur.




EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL