waplog

İnformasiya texnologiyaları əsasında təşkil olunan səyyar əmək birjaları Bakının bütün rayonlarında keçiriləcək


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti tərəfindən müasir informasiya texnologiyaları əsasında yeni formatda aktiv məşğulluq tədbiri kimi təşkil olunan səyyar əmək birjalarının Bakı şəhərinin bütün rayonlarında keçirilməsi nəzərdə tutulur.

Bu barədə “ICTnews” elektron xəbər xidmətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib. Nazirlikdən bildirilib ki, növbəti belə birja paytaxtın  Nəsimi rayonunda avqustun 30-da fəaliyyətini davam etdirib.

Müvəqqəti iş axtaran insanlara səyyar şəkildə xidmət göstərmək üçün müvafiq texniki avadanlıqlarla təmin edilmiş avtomaşından ibarət Səyyar Əmək Birjası həmin gün Nəsimi rayonunun xüsusi müəyyənləşdirilmiş ərazilərində dayanaraq, yerli işaxtaran vətəndaşlara rayon ərazisində olan müəssisələrdəki ümumilikdə 1500-dən artıq boş (vakant) iş yeri barədə məlumat verib. Bununla yanaşı, işaxtaranlara Dövlət Məşğulluq Xidmətinin fəaliyyət istiqamətləri, əmək bazarı, səmərəli iş axtarışı və s.

barədə maarifləndirici bukletlər təqdim edilib. Nəsimi rayon İH-nin, Bakı şəhər Məşğulluq İdarəsinin və Nəsimi rayon Məşğulluq Mərkəzinin, habelə müxtəlif idarə və təşkilatların məsul nümayəndələrinin iştirak etdiyi tədbirdə işaxtaran vətəndaşlara fərdi yanaşma yolu ilə müvafiq məsləhətlər, müxtəlif məşğulluq xidmətləri, o cümlədən peşəyönümü və peşə kursları barədə məlumatlar da verilib: “Yerli işaxtaran sakinlər tərəfindən rəğbətlə qarşılanan tədbirdə 19 nəfəri qadın olmaqla 36 nəfər vətəndaş işaxtaran kimi qeydiyyata alınıb, 11 nəfər işaxtaran vətəndaş isə əmək bazarına inteqrasiya etməkdə çətinlik çəkdiyi üçün müxtəlif peşələr üzrə hazırlıq kurslarına cəlb olunub”.
 
HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL