waplog

“Azercell Telekom” “On Air” müsabiqəsinin qaliblərini mükafatlandırdı


“Azercell Telekom” MMC 2 ay bundan əvvəl təqdim etdiyi “On Air” layihəsi qaliblərinin mükafatlandırma mərasimini keçirib. “Barama” layihəsinin ofisində baş tutan mərasimdə bütün qaliblərin adları açıqlanıb. 
 
3 nominasiya üzrə keçirilən “On Air” layihəsində musiqi, foto və video aksiyalarında iştirak edən bir çox istedadlı gənclər sırasından “Azercell”in seçiminə əsasən ən layiqliləri qalib elan edilib. “On Air” musiqi aksiyasında Cəmil Məmmədli, Fərid İsmayılov, Ruhin İsmayılov, fotoaksiyada – Rüstəm Rüstəmli, Rəşid Məmmədov, Novruz Mirzəyev, videoaksiyada isə Fuad İsmayılov, Telman Bağırov, Nicat Qədimli qaliblər sırasında yer alıblar. Bundan başqa, “Facebook” üzərindən istifadəçilərin daha çox bəyəndikləri (“Like” etdikləri) yaradıcılıq nümunələrinin sahibləri – Ruhin İsmayılov, Novruz Mirzəyev və Cavid Arifoğlu da şirkət tərəfindən mükafatlandırılıblar. “On Air” aksiyalarının qaliblərinə  “Azercell” tərəfindən pul mükafatları və hədiyyələr təqdim olunub.
 
Xatırladaq ki, “Azercell”in təşkilatçılığı ilə keçirilən “On Air” aksiyalarının məqsədi  ölkəmizdə gənc istedadları üzə çıxararaq, onların tanınmasına və inkişafına dəstək verməkdir. Layihə çərçivəsində Azərbaycanda yaradıcı və qeyri-adi təxəyyülü olan insanlar üçün şirkət tərəfindən yaradılan “http://onair.azercell.com/” portalı vasitəsilə gənclər öz yaradıcılıq nümunələrini – foto və videolarını, musiqi əsərlərini  nümayiş etdirib, onları sosial şəbəkələrdə paylaşaraq, insanların rəğbətini qazanmaq imkanını əldə ediblər.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL