Azərbaycan və Gürcüstan beynəlxalq yerüstü poçt mübadiləsinə başlayıb
Azərbaycan və Gürcüstan milli poçt operatorları arasında bağlanan müqaviləyə əsasən, iki ölkə arasında beynəlxalq yerüstü poçt mübadiləsi “Sınıq körpü” sərhəd keçid məntəqəsində müvəffəqiyyətlə həyata keçirilib. Bu barədə “Azərpoçt” MMC-dən verilən məlumatda bildirilir.
Məlumatda qeyd olunur ki, mübadilə Azərbaycan və Gürcüstan Respublikalarının İqtisadiyyat üzrə Hökumətlərarası Komissiyasının qərarına və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tapşırığına əsasən baş tutub. Müqaviləyə əsasən, mübadilə həftədə iki dəfə aparılacaq.
Qeyd edək ki, Azərbaycanın milli poçt operatoru “Azərpoçt” MMC indiyədək yalnız İran İslam Respublikası ilə beynəlxalq yerüstü poçt mübadiləsini həyata keçirirdi.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL