waplog

“Elektron məktəb” layihəsinə cəlb olunan təhsil müəssisələrinin sayı 40-a çatdırılıb


2011-2012-ci tədris ilində elektron təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsi və İKT infrastrukturunun inkişaf etdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər çərçivəsində “Elektron məktəb” layihəsinə cəlb olunan təhsil müəssisələrinin sayı 40-a çatdırılıb. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, “Bir şagird - bir kompyuter” layihəsi çərçivəsində 2000 nəfər şagirdə netbuk verilib.

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Distant Təhsil Mərkəzi yaradılıb və müəllim, şagird və valideynlərin təhsil prosesinə cəlb olunması üçün “www.mesafedenmekteb.edu.az” təhsil portalı istifadəyə verilib. Daha 500 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə (İntranet və İnternet) qoşulub.

Bununla da Azərbaycan Təhsil Şəbəkəsinə (İntranet və İnternet) qoşulmuş məktəblərin sayı 1200-ə çatdırılıb. 1300 nəfər pedaqoji işçi İKT-nin tədrisdə tətbiqi sahəsində təlimlərdən keçirilib. Bununla da “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində təlimlərdən keçən pedaqoji işçilərin ümumi sayı 76980 nəfərə (52 faiz) çatdırılıb.
 
HƏQİQƏT
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL