Eyni zamanda 5 nəfər internetə qoşula biləcək
Azercell Telekom” MMC yeni bir kampaniyaya start verib. “20 GB - 20 AZN” adlı kampaniya korporativ fakturalı xətt abonentlərinin mobil internetə olan tələbatının ödənilməsi və iş fəaliyyətinin optimallaşdırılması məqsədilə istifadəyə verilib. Bu kampaniya eksklüziv olaraq bütün korporativ fakturalı xətt abonentləri üçün təqdim olunur.
Kampaniyanın şərtlərinə əsasən, abonentlər hər ay 20 GB internet paketi üçün cəmi 20 AZN (ƏDV daxil) ödəniş edəcəklər. Bundan əlavə abonentlərə pulsuz olaraq “MiFi” cihazı da hədiyyə olaraq təqdim ediləcək. “MiFi” cihazı vasitəsilə eyni zamanda 5 nəfər internetə qoşula biləcək. Bundan əlavə abonentlər 21 Mb/s-ə qədər sürət imkanından yararlana biləcəklər.
Onu da qeyd edək ki, ilk faktura dövründə abonentlər yalnız 10 AZN ödəniş edəcəklər. Güzəştli kampaniya əsasında abonentlər ən az 10 ay ərzində bu paketdən davamlı olaraq istifadə etməlidir. Kampaniyanın daha bir üstünlüyü isə ondan ibarətdir ki, kampaniya bitdikdən sonra da abonentlər bu paketdən davamlı yararlana biləcəklər.
Digər bir tərəfdən kampaniyaya qoşulan bütün korporativ fakturalı xətt abonentləri üçün 20 GB paketi 20% endirim ilə təqdim olunacaq . “20 GB – 20 AZN” kampaniya üzrə cihazların satışı və stimullaşdırılması Korporativ satış şöbəsi tərəfindən həyata keçiriləcək. Məlumat üçün bildirək ki, bu kampaniya yaxın gələcəkdə fərdi abonentlər üçün də təqdim olunacaq.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL