waplog

Dünya çempionunu çarəsiz qoyan robot (VİDEO)


Bir ildən az bir müddətdə “Boston Dynamics” şirkəti və “Darpa”  hərbi-elmi agentliyindən istehsalçılar qrupu uzaqdan gepardı xatırladan qəribə avtomatlaşdırılmış konstruksiyanın birinci versiyasını təqdim etdilər. Robot-gepard saatda 30 kilometr sürətlə hərəkət edir.

Hazırda “Boston Dynamics” şirkəti bildirib ki, onlar bundan əvvəl göstərilmiş konstruksiyanı təkmilləşdiriblər və hazırda robot saatda 28,3 milədək (45,5 kilometr/saat) sürətlə qaçmaq iqtidarındadır.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, robot əlbəttə ki sürətdə saatda 120 km sürətlə hərəkət edən əsl geparda uduzur. Lakin şirkətdən verilən məlumata görə, yaradılmış konstruksiya hələ müəyyən sürət ehtiyatına malikdir və gələcəkdə robotu təxminən 60 km/saatadək sürətləndirmək niyyətindədirlər. Bununla belə, robot-gepard artıq hazırda 100 metr məsafəyə qaçışda dünya çempionu Useyn Boltu ötə bilər.






 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL