waplog

Nazirlik “ULTRA” şirkətinə lisenziya verdi


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmətlərin göstərilməsi üzrə "ULTRA COMPUTERS" şirkətinə lisenziya verib.

Llisenziya 5 il müddətində qüvvədə olacaqdır. Lisenziya üzrə fəaliyyət Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 6 sentyabr 2010-cu ildə təsdiq edilmiş "Fərdi məlumatların mühafizəsinə dair Tələblər" əsasında həyata keçirilir.

Qeyd olunmalıdır ki, "Fərdi məlumatların mühafizəsinə dair Tələblər" "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 275 nömrəli Fərmanına əsasən hazırlanmışdır.

Tələblər fərdi məlumatların mülkiyyətçisi və ya operatoru tərəfindən fərdi məlumatların toplanılması, işlənilməsi, yayılması və verilməsi zamanı həmin fərdi məlumatların və müvafiq informasiya sistemlərinin mühafizəsi ilə baglı yaranan münasibətləri tənzimləyir.

RƏVAN
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL