Tovuzda 29 şagirdə bir kompyuter düşür
“2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq Tovuz rayonunun məktəblərinə 625 kompyuter dəsti, 18 noutbuk və proyektor verilib. Bu barədə “ICTnews”-a Təhsil Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, hazırda rayon üzrə 29 şagirdə bir kompyuter düşür.
Artıq 12 məktəb Təhsil Nazirliyinin internet şəbəkəsinə qoşulub. Bundan əlavə, 42 nəfər kompyuter sinif laborantı “Kompyuter avadanlığının profilaktikası və şəbəkələrin əsasları” üzrə təlim kurslarına cəlb edilərək sertifikatlar alıb.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL