waplog

Bakı və Abşeronda qaz təchizatı şəbəkəsinin modernizasiya və yenidən qurulması üzrə layihə hazırlanıb


Bakı və Abşeron yarımadasında qaz təchizatı şəbəkəsinin modernizasiya və yenidən qurulması üzrə Almaniyanın “E.ON Ruhrgas” şirkətinin mütəxəssisləri tərəfindən layihə hazırlanıb. “ICTnews” elektron xəbər xidmətinə bu barədə ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Qurumdan bildirilib ki, layihə sözügedən ərazilərdə təbii qaz təchizatı şəbəkəsinin modernizasiyası və yenidən qurulması hesabına Bakı və Abşeron yarımadasında qaz təchizatı şəbəkəsinin hazırkı gücünü artıracaq: “Layihə əhali və iqtisadiyyatın gələcək inkişafı ilə əlaqədar 2030-cu ilədək yaranacaq tələbatın ödənilməsi, istehlakçıların təbii qazla fasiləsiz təmin edilməsi, qaz təsərrüfatı sisteminin etibarlılığının artırılması, təhlükəsizlik şərtlərinin Avropa standartlarına uyğunlaşdırılması və yüksəldilməsi, qaz itkisinin qarşısının alınması, tam və ya qismən avtomatlaşdırılmış sistemin layihələndirilməsi, monitorinq və nəzarət sisteminin beynəlxalq standartlar səviyyəsinə çatdırılması, istismar və sazlama konsepsiyasının ən müasir səviyyədə qurulması məqsədini daşıyır”.
 



HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL