waplog

“Xalq kompyuteri” layihəsi çərçivəsində 19 mindən artıq kompyuter satılıb


Hazırda “Xalq kompyuteri” layihəsi çərçivəsində güzəştli şərtlərlə kompyuterə sahib olan Azərbaycan vətəndaşlarının sayı sürətlə artmaqdadır. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, artıq orta məktəb müəllimləri və şagirdləri, ali təhsil müəssisələrinin müəllimləri və tələbələri, dövlət qulluqçuları, həmçinin səhiyyə sahəsinin işçiləri tərəfindən əldə olunan kompyuterlərin sayı  19102 ədədə çatıb.

Məlumat üçün bildirək ki, layihə tərəfindən təqdim edilən təkliflər paketinə dünya lideri "HP" şirkətinin istehsalı olan kompyuterlər daxildir və istifadəçilər layihənin internet saytında təqdim edilmiş istənilən həldən birini seçə bilər (http:// xalqkomp.az /Models.html).

 Hazırda model çeşidinə "HP ProBook" və "Pavillion" noutbukları cərgəsi, şəxsi kompyuterlər, "All-in-One" sistemləri və "HP" netbuklar daxildir ki, bunların da texniki göstəriciləri bazarın bugünkü meyillərinə tam cavab verir.



CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL