waplog

Yeni pilotsuz təyyarəni fikrin gücü ilə idarə etmək olar


Çin alimlərinin yaratdığı sistem kiçik ölçülü pilotsuz uçuş aparatını fikrin gücü ilə idarə etməyə imkan verir. Fikirlərin oxunması  Avstraliyanın "Emotiv" şirkətinin 299 dollarlıq kiçik qurğusu sayəsində mümkün olur. O, beyin siqnallarını kompyuterə ötürür və kompyuter öz növbəsində həmin siqnalları xüsusi alqoritmin köməkliyi ilə deşifrə edir.

“ICTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, insan fikrin gücü ilə pilotsuz təyyarəyə dörd istiqamətdən biri üzrə hərəkət etməyi, enməyi və ya hündürlüyə qalxmağı əmr edə bilər. Operator göz qırpdıqda pilotsuz təyyarə daxili kamera vasitəsilə foto çəkir və onu kompyuterə göndərir, dörd dəfə göz qırpma videoçəkiliş funksiyasını yenidən aktivləşdirir.






 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL