“Sharp” və “Foxconn” şirkətləri daha ucuz ekranların yaradılması üçün birləşəcəklər
“Sharp” və “Foxconn” şirkətləri 2011-ci ilin sonuna ortaq müəssisə yaratmaq haqqında razılaşma imzalayıblar. Müəssisə maye kristal ekranların istehsalı üçün hissələrin alınması ilə məşğul olacaq. “DigiTimes”ın məlumatına görə, şirkətlər bu yolla xərcləri minimallaşdırmağı planlaşdırırlar.
Razılaşma çərçivəsində “Foxconn”un filialı olan “Chimei İnnolux” şirkəti “Sharp” şirkətini 20-40 diaqonallı televiziya panelləri ilə təmin edəcək. Yapon korporasiyası isə öz növbəsində “Chimei İnnolux” üçün diaqonalı 60-dan yuxarı olan panellər tədarük edəcək.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL