waplog

“İntel” korporasiyası serverlərini “qidalandırmağa” başlayıb


“İntel” şirkəti “Green Revolution Cooling” ilə birgə serverlərin soyudulması üçün lazım olan enerji sərfiyyatını 90 faizdən çox azalda bilib. Sınaqlar nəticəsində məlum olub ki, maye yağa əsaslanan sistem o qədər səmərəli və ekolojidir ki, tezliklə dünya standartına çevrilə bilər.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, insanlar “Facebook” səhifəsinə daxil olarkən və ya axtarış sistemi vasitəsilə informasiya axtararkən nadir hallarda internet-resursların fəaliyyətini serverlərin təmin etdiyi barəsində fikirləşirlər.

“İntel” şirkətinin ekologiya sahəsindəki tədqiqatlarına əsasən qeyd edək ki, bütün elektrik enerjisinin 1.5 faizi informasiya mərkəzlərinin “qidalanmasına” sərf olunur. Onların fəaliyyəti nəticəsində hər il atmosferə 188 milyon ton karbon qazı buraxılır. Müqayisə üçün qeyd edək ki, planetdəki bütün avtomobillər atmosferə yalnız 33 ton karbon qazı tullayır.

Şirkətlər elektrik enerjisinə çəkilən xərcləri azaltmaq üçün informasiya emalı mərkəzlərini çox vaxt soyuq iqlimli ölkələrə keçirirlər. Məsələn, “Google” ötən il məlumat mərkəzini Finlandiyaya keçirdib, “Facebook” isə öz serverlərini yaxın gələcəkdə İsveçdə yerləşdirməyi planlaşdırır.

Lakin dünyanın ən iri prosessor istehsalçısı olan “İntel” şirkəti problemin həllini tapmağı bacarıb. Şirkət öz serverlərini içərisində xüsusi yağ olan vanna otaqlarına salıb. Lakin sınaqlar qeyri-adi yanaşmanın yüksək səmərəliliyini göstərib.

Mineral yağ nəinki elektronikaya ziyan vurmur, həm də serverləri ənənəvi üsullardan daha yaxşı soyudur. Bundan əlavə, içərisində maye olan vannalar cihazları tozdan qoruyur. "Biz serverlərin soyudulmasına sərf olunan elektrik enerjisini 90-95, həmçinin serverlərin enerji sərfiyyatını 10-20 faiz azalda bilərik" – “Green Revolution Cooling” şirkəti bildirib.
 


 
EMİL

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL