Cəlilabadda sahibkarlar elektron xidmətlərlə bağlı məlumatlandırılıb
İqtisadi İnkişaf Nazirliyi (İİN) sahibkarların elektron xidmətlərlə bağlı məlumatlandırma tədbirlərini davam etdirir. Nazirliyin bu istiqamətdə növbəti treninqi Cəlilabad rayonunda baş tutub. “ICTnews” elektron xəbər xidmətinə bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, İİN-in Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən treninqlərdə İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, “http://www.icazeler.gov.az/”, “http://www.b2b.az/” elektron portalları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar, portallardan istifadə qaydaları və s. barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. Bundan başqa, iştirakçılar üçün “Biznes-planların və investisiya layihələrinin hazırlanması” mövzusunda da treninq təşkil edilib.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL