Emma Uotson internet-fırıldaqçıların “sevimli”sidir
Britaniyalı aktrisa Emma Uotson internet-istifadəçilər üçün “təhlükəli” məşhur olub. Belə ki, fırıldaqçılar internet istifadəçilərini təhlükəli saytlara cəlb etmək üçün əksər hallarda onun adından istifadə edirlər. Bu barədə “McAfee” antivirus şirkəti məlumat yayıb.
“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, aktrisa haqqında informasiya axtararkən virusa yoluxmuş sayta daxil olmaq təhlükəsi 12 faiz təşkil edir. Fırıldaqçıların “sevimli”ləri sırasına, həmçinin Cesika Bil, Yeva Mendes, müğənni Şakira və digər məşhurlar daxildir.
“McAfee” antivirus şirkəti qeyd edib ki, 2012-ci ildə "təhlükəli" şəxslərin “top 10”-u birinci dəfə olaraq qadınlar təşkil edib. İyirmiliyə düşmüş yeganə kişi televiziya aparıcısı Cimmi Kimmel olub.Qeyd edək ki, 2011-ci ildə bu siyahıya Haydi Klum başçılıq edib.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL