waplog

İnformasiya və rabitə sahəsində orta aylıq nominal əməkhaqqı yüksəlib


2012-ci ilin iyul ayının əvvəlində ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 620,6 min nəfər olub, onların orta siyahı sayı isə 1 391,5 min nəfər təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.
Məlumatda bildirilir ki, onlardan 850 mini iqtisadiyyatın dövlət bölməsində, 541,5 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.

Belə ki, 1,8 faizi informasiya və rabitə sahəsinin payına düşür.2012-ci ilin iyul ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 394,6 manat təşkil edib, yanvar-iyul aylarında isə keçən ilin müvafiq dövrünə nisbətən 8,4 faiz artaraq 386,0 manat olub.

Məlumatda digər fəaliyyət növləri ilə müqayisədə bir neçə sahələrlə yanaşı, informasiya və rabitə  sahəsində də orta aylıq nominal əməkhaqqı daha yüksək olduğu bildirilir.



GÜLNAR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL