Universal poçt rabitəsi xidmətləri ilə bağlı yeni tariflər “Azərpoçt” MMC-nin gəlirini artırıb
2011-ci ilin 6 ayı ərzində “Azərpoçt” MMC-nin xidmət şəbəkəsinin inkişafı və genişləndirilməsi sahəsində bir sıra tədbirlər həyata keçirilib. Hesabat dövrü ərzində 6 ədəd poçt şöbəsi binası və bank-maliyyə xidmətlərinə keçidlə əlaqədar 4 Poçt filiallarında (PF) xəzinə qovşaqları tikilib. Həmçinin, 2 ədəd inzibati binada, 1 ədəd Poçt şöbələrində (PŞ) və RİTN-in mərkəzi arxivində təmir işləri aparılıb. Hazırda 11 ədəd PŞ binasının tikintisi, habelə 5 ədəd inzibati binada və 5 ədəd PŞ binasında təmir işləri davam etdirilir.
2011-ci ilin 6 ayı ərzində respublika üzrə 525 118 ədəd pul baratı qəbul edilib, 523 851 ədəd pul baratı isə ödənilib. 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə qəbul edilmiş pul baratlarının sayı 15% artıb. 2011-ci ilin 6 ayı üzrə PŞ-lərdə qəbul edilmiş daxili sadə və sifarişli məktub korrespondensiyasının sayı 2 835 770 ədəd olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,1% çoxdur. Beynəlxalq sadə və sifarişli məktub korrespondensiyasının sayı, 2011-ci ilin 6 ayı üzrə 207 381 ədəd olub.
Aparılmış təhlillər göstərir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanda 100 nəfərə düşən məktub korrespondensiyasının sayı 32-dən 34-ə, bağlamaların sayı 0,7-dən 0,72-yə, pul köçürmələrinin sayı 5-dən 6-ya yüksəlib. 2010-cu ilin yekunlarına görə, Azərbaycanda bağlamaların sayı 162 min ədəd olmaqla Ermənistan (9,9 min ədəd), Moldova (78,7 min ədəd) kimi ölkələri qabaqlayır. Azərbaycan Respublikası Tarif Şurasının 31 yanvar 2011-ci il tarixli qərarı ilə universal poçt rabitəsi xidmətləri ilə bağlı yeni tariflərin qüvvəyə minməsi “Azərpoçt” MMC-nin hesabat dövründə əldə etdiyi gəlirlərinin artmasına öz müsbət təsirini göstərib. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə MMC-nin tarif gəliri 18,1% artıb.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL