“Apple” şirkəti Polşanın ərzaq mağazasını məhkəməyə verib
Yuxarı səviyyəli milli domen və əlifbanın birinci hərfi. Sən demə, bu, “Apple” şirkətinin sizi ticarət markasının hüquqlarının pozulmasına görə məhkəməyə verməsi üçün kifayətdir. Bu dəfə “Apple” şirkətinin hədəfi Polşanın “A.pl” adlı ərzaq internet mağazası olub. Amerikalılar məhkəmədən resurs sahiblərinin “A.pl” ticarət markasına olan hüquqlarını ləğv etməyi tələb ediblər.
“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “Apple” şirkəti internet-mağazanın adının istifadəçiləri çaşdıra və qarışıqlıq yarada biləcəyini hesab edir. “A.pl” resursunun sahibləri qida məhsullarının satışı ilə məşğul olduqlarını bildiriblər. Alıcılar çətin ki “iPhone” smartfonu ilə balqabağı və “MacBook Pro” noutbuku ilə Varşava kolbasasını səhv salsınlar.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL