Aydın Əliyev: «Azərbaycana qaçaq yolla mobil telefonlar ən çox Gürcüstandan gətirilir»
«Son zamanlar Azərbaycana gizli yolla gətirilməsinə cəhd edilən qaçaqmal arasında mobil telefonlar üstünlük təşkil edir». “ICTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev səsləndirib.
Komitə sədri bildirib ki, əvvəllər ən çox problem tütün məmulatları və ya spirtli içkilərdə yaranırdısa, indi əsas problemlərdən biri qaçaq yolla gətirilən mobil telefonlardır: “Ölkəyə qaçaq yolla mobil telefonlar ən çox Gürcüstandan gətirilir. Bundan başqa, qanunsuz şəkildə mobil telefonlar Dubay və Çindən də gətirilir. Elə gün olmur ki, bununla bağlı əməliyyat aparılmasın”.
Mobil telefon qaçaqmalçılığının əsas səbəbi vergidən və gömrük rüsumlarından yayınmaq olduğunu deyən A.Əliyev Azərbaycan qanunvericiliyini önə çəkib: «Qanunvericiliyə əsasən ölkədəki mobil telefonlar qeydiyyata götürülməlidir. Bu mənada qaçaqmalçılar həm də həmin telefonların sənədləşdirilməsindən yayınmaq istəyirlər».
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL