waplog

Oyuncaq istehsalçısı uşaqlar üçün planşet təqdim edib


Amerikanın "Toys 'Я' Us" oyuncaq istehsalçısı “Android 4.0” əməliyyat sistemi (ƏS) ilə işləyən “Tabeo” adlı uşaq planşeti təqdim edib.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, planşetə əvvəlcədən müxtəlif yaşlı uşaqlar üçün nəzərdə tutulmuş 50 tətbiq quraşdırılacaq.

“Tabeo” planşetini digərlərindən fərqləndirən xüsusiyyət valideyn nəzarəti alətlərinin olmasıdır. Qurğuda müxtəlif müraciət hüququna malik 8-dək istifadəçi hesabı yaratmaq olar. Beləliklə, kiçik yaşlı uşaqlar böyüklər üçün nəzərdə tutulmuş tətbiqlərdən istifadə edə bilməyəcəklər.

Valideyn, həmçinin uşağının şəbəkədə keçirtdiyi vaxtı məhdudlaşdıra, ona bu və ya digər saytlara daxil olmağı qadağan edə bilər. Qurğunu uzaq məsafədən internet üzərindən idarə etmək olar.

“Tabeo” planşeti 1 QHs takt tezlikli “ARM Cortex A8” prosessor, 1 QB əməli yaddaş və 4 QB daxili yaddaş ilə təchiz edilib. Qurğu “microSD” kartlarını dəstəkləyir. Aparat 480x800 nöqtə təsvir ölçüsünə malik 7 düymlü ekranla təchiz edilib.

Planşetdə, həmçinin “microUSB” və “micro-HDMI” konnektorları, “Wi-Fi”, jiroskop və ön kamera modulu var. Qurğunun avtonom iş vaxtı videoya baxış rejimində 6-7 saat, internet-sörfinq rejimində isə 10 saat təşkil edir.

Planşet oktyabrın 21-də satışa 149,99 dollar qiymətinə çıxarılacaq. Onu yalnız "Toys 'Я' Us" mağazalarında və şirkətin saytından satın almaq mümkün olacaq.
 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL