waplog

Lisenziya və mənşə sertifikatlarının alınması üçün 600-ə yaxın elektron müraciət daxil olub


Məlumat verildiyi kimi, Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanına uyğun olaraq, İqtisadi İnkişaf Nazirliyinin “http://www.economy.gov.az/”  internet səhifəsində yeni bölmə - Elektron Xidmətlər Bölməsi yaradılmışdır. Bölmədə nazirlik tərəfindən müxtəlif fəaliyyət növlərinə lisenziyaların və malların mənşə və keyfiyyət sertifikatlarının verilməsi üçün tələb olunan sənədlərin siyahısı və müraciət edən şəxs tərəfindən doldurulmalı olan ərizənin elektron forması yerləşdirilib.

“ICTnews” elektron xəbər xidmətinə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Sahibkarlar İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərdən istifadə edərək tələb olunan sənədləri elektron formada təqdim etməklə yanaşı, həmin xidmətlər üçün qanunvericiliklə müəyyən olunmuş dövlət rüsumlarının və xidmət haqlarının ödənişini də onlayn rejimində həyata keçirə bilər və ya ödənişə dair təsdiqedici sənədləri elektron qaydada göndərərək, nazirlik tərəfindən verilən lisenziyaları, mənşə və keyfiyyət sertifikatlarını ala bilərlər.

Nazirlikdə kommersiya hüquqi şəxslərin qrant müqavilələrinin qeydiyyatı da onlayn rejimində aparılır. Bundan başqa, sahibkarlar nazirliyin internet səhifəsində yaradılmış xüsusi bölməyə daxil olmaqla, dövlət nəzarəti tədbirləri zamanı tətbiq edilən cərimə və maliyyə sanksiyalarını onlayn rejimində ödəyə bilərlər.

İndiyədək İqtisadi İnkişaf Nazirliyinə lisenziya və mənşə sertifikatlarının alınması üçün 600-ə yaxın elektron müraciət daxil olub. Bu müraciətlərin icrası qanunvericiliyə uyğun olaraq, onlayn rejimində təmin edilib. Bundan başqa, daxil olmuş elektron müraciətlər əsasında kommersiya hüquqi şəxslərin qrant müqavilələri elektron qaydada qeydiyyata alınmış, dövlət nəzarəti tədbirləri zamanı tətbiq edilən cərimə və maliyyə sanksiyalarının onlayn rejimində ödənişi həyata keçirilmişdir.
 
HƏQİQƏT
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL