Hollandiyalı yosunla işləyən lampa hazırlayıb
Hollandiyalı dizayner Mayk Tompsonun ixtira etdiyi lampa yosunların fotosintez prosesi zamanı ayrılan enerji hesabına işıqlanır. İlk dəfə yosunların fotosintez prosesindən elektrik enerjisi əldə etmək imkanını 2010-cu ildə Yansei və Stenford universitetlərində çalışan alimlər kəşf etmişdilər.
“ICTnews.az” elektron xəbər xidməti “it-news-world.ru” saytına istinadən bildirir ki, lampa üç hissəyə bölünmüş konusşəkilli rezervuardan ibarətdir. Orta hissədə yosun və su yerləşir. Yuxarı hissədə fotosintez prosesi üçün lazım olan karbon qazına yer saxlanılıb. İstifadəçi qazı nəfəslə xüsusi dəlik vasitəsilə verir. Aşağı hissədə yerləşən akkumulyator yaradılmış enerjini toplayır.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL