Çinlilər gözlə idarə olunan televizor hazırlayıblar
Çinin “Haier” elektronika istehsalçısı “IFA-2012” konfransında gözlə idarə olunan televizor konseptini təqdim edib. Belə qurğudan istifadə etmək üçün onu birinci dəfə işə saldıqda (qoşduqda) kalibrləmək lazımdır.
“ICTnews.az” elektron xəbər xidməti “it-news-world.ru” saytına istinadən bildirir ki, bunun üçün istifadəçi başını tərpətmədən ekrandakı narıncı nöqtəni izləməlidir.
Televizor gözün hərəkətini izləməyə başlayandan sonra onu gözlə idarə etmək mümkündür.Çinlilər belə qurğuları İsveçin “Tobii” şirkəti ilə əməkdaşlıq çərçivəsində hazırlayıblar.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL