waplog

Mədəniyyət və Turizm Nazirliyi: «Neqativ faktları nazirliyin saytına göndərməyinizi xahiş edirik»


Mədəniyyət və Turizm Nazirliyi ölkə əhalisinə və eləcə də xaricdən gələn turistlərə çağırış edib. “ICTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, nazirlik əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılması, həmçinin istehlakçıların hüquqlarının qorunması və bu hüquqların pozulması hallarının aşkar edilməsi məqsədilə  mütəmadi olaraq turizm şirkətlərinin fəaliyyətinin monitorinqini aparır.

Nazirlikdən bildirilir ki, turizm mövsümündə biletlərin satışı ilə məşğul olan şirkətlərin fəaliyyətində qeydə alınmış şikayətlər və dələduzluq halları ilə bağlı kütləvi informasiya vasitələrində yer alan məlumatların artması ilə əlaqədar nazirlik bu faktların turizm fəaliyyətinə lisenziyası olmayan və fəaliyyətlərini qanunvericiliyə zidd şəkildə həyata keçirən şirkətlərdə aşkar edildiyini bildirir.

Mədəniyyət və Turizm Nazirliyi xoşagəlməz halların qarşısını almaq üçün turizm xidmətlərindən istifadə edən vətəndaşları bir daha xəbərdar edir ki, turizm şirkətlərindən turizm fəaliyyəti üçün qüvvədə olan lisenziyanın təqdim edilməsini tələb etsinlər. Neqativ faktlar aşkar edildikdə, nazirliyin “147 qaynar xətt”inə müraciət etmək və yaxud Mədəniyyət və Turizm Nazirliyinin saytına (http://www.mct.gov.az/) müvafiq məlumatları göndərmək xahiş olunur.


SEYMUR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL