Abel Məhərrəmov: “ Tibb fakültəsində gen mühəndisliyi, nanotexnologiyalar tətbiq olunacaq ”
Bakı Dövlət Universitetində (BDU) tibb fakültəsinin yaradılması məsələsi gündəmdədir.Bu barədə universitetin rektoru Abel Məhərrəmov bildirib.
A.Məhərrəmov bildirib ki, bu, günün tələbidir:
“Tibb fakültəsi, bu istiqamətdə olan ixtisaslar - molekulyar biologiya, gen mühəndisliyi, nanotexnologiyalar tibb fakültəsində tətbiq olunacaq”.
A.Məhərrəmov ölkədə elm sahəsində işləmək istəyənlərin sayının artdığını da bildirib:
“Son 10 ildə Azərbaycandan xarici ölkələrə müşahidə olunan beyin axını əks istiqamət alıb.
Azərbaycan alimləri vətənə qayıdır və burada çalışırlar. Hətta bu gün xarici ölkələrin də alimləri ölkədə elmi işçi kimi fəaliyyət göstərməkdə maraqlıdırlar. Bu gün Avropa, Rusiya, Avroatlantika məkanından Bakı Dövlət Universitetinə işləməyə gələn mütəxəssislər var”.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL