waplog

“IDC” smartfon bazarı ilə bağlı yekun nəticələri elan edib


"IDC" tədqiqat şirkəti smartfon bazarı üzrə yekun nəticələri elan edib. 2012-ci ilin ikinci rübündə "Galaxy S III" smartfonu sayəsində "Samsung Electronics" şirkəti lider olub.

"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "Samsung" şirkəti aprel-iyun ayları ərzində 50,2 milyon smartfon tədarük edib və Koreya nəhəngi nəticədə  bazarın 32,6 faizinə nəzarət edib.

1 il əvvəl bu göstərici 17 faiz təşkil edirdi. "Apple" ötən rübü 16,9 bazar payı və 26 milyon tədarük edilmiş smartfon ilə başa vurub. 2011-ci ilin ikinci rübündə Kaliforniya nəhənginin "ağıllı" telefon bazarındakı payı 18,8 faizə bərabər idi.

"Nokia" şirkəti üçüncü yerdə qərarlaşıb. O, 2012-ci ilin ikinci rübündə satışa 10.2 milyon smartfon hazırlaya bilib.


 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL