Ölkəyə qeyri-leqal keçirilməsinə cəhd olunan mobil telefonlar aşkarlanıb
Gürcüstandan Azərbaycana qeyri-leqal qaydada telefon keçirmək cəhdlərinin qarşısının alınmasına baxmayaraq, ayrı-ayrı vətəndaşlar telefon və telefon aksessuarlarının ölkəmizə gizlin keçirilməsinə çalışırlar.
Amma bu dəfə də analoji halın qarşısı “Sınıq Körpü” gömrük postunda alınıb. Belə ki, sözügedən postda Gürcüstan Respublikasından Azərbaycana gələn Azərbaycan vətəndaşı Seymur Verdiyevin idarə etdiyi “QAZ-3110” markalı minik avtomobilinə gömrük nəzarəti zamanı həmin nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş halda 100 ədəd “C10” markalı və 185 ədəd “X202” markalı mobil telefonlar aşkar edilərək saxlanılıb. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən məlumat verilib.
Komitədən bildirilib ki, “Sınıq Körpü” gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı İntiqam Əliyevin idarə etdiyi “Opel Zafira” markalı minik avtomobilinə gömrük baxışı zamanı isə həmin nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş şəkildə müxtəlif markalı, cəmi 53 ədəd aksessuarlı mobil telefon, eləcə də müxtəlif markalı, cəmi 66 ədəd aksessuarsız mobil telefon və müxtəlif mobil telefonlara aid aksessuarlar: 66 ədəd qidalandırma cihazı, 66 ədəd akkumulyator və 66 ədəd “qulaqcıq” aşkar edilib.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL