waplog

“İkitərəfli SMS xidməti”ndən digər mobil operator abonentlərinin istifadə edə bilməsi üçün də işlər aparılır


Vergi öhdəliklərinə könüllü əməl edilməsi səviyyəsini yüksəltmək və vergi ödəyicilərinin vaxtına qənaət etmək məqsədilə Vergilər Nazirliyi tərəfindən yaradılan “İkitərəfli SMS xidməti”indən hələlik yalnız “Azercell” abonentləri istifadə edə bilirlər.

Yaxın gələcəkdə bu xidmətdən digər mobil operator abonentlərinin də istifadəsinin mümkün olması istiqamətində işlər aparılır. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən məlumat verilib. Nazirlikdən bildirilib ki, yeni xidmət vergi ödəyicilərindən daxil olmuş standart SMS-lərin avtomatik olaraq SMS vasitəsilə cavablandırılmasını nəzərdə tutur.

Belə ki, vergi ödəyiciləri Vergilər Nazirliyinin müəyyən etdiyi xüsusi nömrəyə - 8195-ə SMS göndərməklə vergi borcu, təqdim edilməli bəyannamələr və hesablanmış vergilər barədə daha bir informasiya mənbəyi əldə edərək vergi öhdəliklərini vaxtında yerinə yetirmək imkanı əldə edəcəklər.

Qeyd edək ki, xidmətdən istifadə etmək üçün mobil telefonda *195*istifadəçi kodu*şifrə# (məsələn: *195*00000541*121756#yes) yığılmaqla “yes” düyməsi sıxılmalıdır. Sözügedən istifadəçi kodu və şifrə vergi ödəyicisinin vergi orqanı ilə elektron sənəd mübadiləsinin aparılması üçün istifadə etdiyi istifadəçi kodu və şifrə ilə eynidir.

Nömrənin qeydiyyatdan keçirilməsi barədə müvafiq mesaj telefona gəldikdən sonra vergi ödəyicisi abunə olmaqla vergi orqanının qanuni tələbləri və vergi öhdəlikləri barədə mütəmadi olaraq məlumat əldə edə bilər: “Xidmətə abunə olmaq üçün qeydiyyatdan keçirilmiş mobil telefon nömrəsindən “start” yazılıb 8195 nömrəsinə SMS göndərilməlidir.

Bir nömrə iki və daha çox vergi ödəyicisi üzrə də qeydiyyatdan keçirilə və abunə edilə bilər. Bu zaman növbəti vergi ödəyicisinin istifadəçi kodu və şifrəsi mobil telefonda *195*istifadəçi kodu*şifrə# kimi yığılaraq yes düyməsi sıxılmaqla qeydiyyatdan keçirildikdən sonra həmin vergi ödəyicisinin VÖEN-ni və “start” sözü (məsələn: 1000567891 start) yazılmaqla 8195 nömrəsinə SMS göndərilməlidir”.

Abunə olmuş vergi ödəyicisinə vergilər üzrə büdcəyə borcu yarandıqda, təqdim etdiyi bəyannamə üzrə ona vergi hesablandıqda, bəyannamə üzrə uyğunsuzluq yarandıqda, vergi ödəyicisinin təqdim edilməli bəyannaməsi olduqda, vergi ödəyicisi fəaliyyətini dayandırdıqda və ya fəaliyyətini aktivləşdirdikdə, vergi ödəyicisi cari vergi ödəmələri barədə arayış təqdim etdikdə və ya ödəyiciyə cari vergi ödəmələri hesablandıqda, eləcə də vergi ödəyicisi ləğv bəyannaməsi göndərməli olduqda və ödəyici tərəfindən büdcəyə ödəniş edildikdə müvafiq məzmunlu SMS göndərilir.

Xidmətdən istifadə zamanı meydana çıxan suallarla bağlı Vergilər Nazirliyinin «195» Telefon Məlumat Xidmətinə müraciət etməklə məlumat əldə etmək olar.
 
HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL