"Hewlett-Packard" smartfon istehsalını bərpa edəcək
"Hewlett-Packard" (HP) şirkəti smartfon istehsalını bərpa etmək niyyətindədir. Bu barədə şirkətin direktoru Meq Uitmen (Meg Whitman) "Fox Business"-ə verdiyi müsahibədə bildirib.
“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, "Biz smartfon təqdim etməliyik" - Uitmen bildirib və qeyd edib ki, bir sıra inkişaf etməkdə olan ölkələrdə smartfonlar yeganə əlçatan elektron qurğulardır. Smartfonları planşet və ya noutbuka pulu çatmayan şəxslər satın alır.
"HP"-nin direktoru bildirib ki, şirkət məhsulun üzərində çalışır, lakin hazırlanmaqda olan qurğunun xüsusiyyətləri, satışa çıxarılma tarixi haqqında heç bir məlumat verməyib.
Qeyd edək ki, "HP" şirkəti 2010-cu ildə " Palm Inc." üçün 1.2 milyard dollarından keçməli oldu. " Palm Inc." şirkəti "webOS" platformasının istehsalçısı idi. "HP" bu satınalmanı həyata keçirməklə smartfon və planşet xəttini "webOS" platformasında inkişaf etdirmək istəyirdi, lakin 2011-ci ildə bu layihədən imtina etdi. "HP" şirkəti "webOS" əməliyyat sistemini açıq mənbəli etdi.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL