waplog

Mobil qurğuların soyudulması üçün material hazırlanıb


“Panasonic” şirkəti smartfon və planşet kompyuterləri sinfindən  olan mobil qurğuların soyudulması üçün nəzərdə tutulmuş qrafit əsasında xüsusi material hazırlayıb.

“ICTnews.az” elektron xəbər xidməti “infox.ru” saytına istinadən  bildirir ki, smartfon və planşet kompyuterləri kimi mobil qurğular “ARM” prosessorları əsasında işləyir.

Bu çiplər az enerji sərf etdiyindən cihazlarda avtonom iş müddəti uzun olur, lakin onların yüksək məhsuldarlığı və böyük yüklənmə nəticəsində mobil platformalar qızır. Bildiyimiz kimi, stolüstü kompyuter və noutbuklarda soyutma sistemi (kulerlər – çiplərə hava verən və daim onları soyudan ventilyator) mövcuddur. Lakin smartfon və planşetlərdə belə soyutma sistemi yoxdur.

Bununla belə Yaponiyanın “Panasonic” şirkətinin qrafit əsasında hazırladığı xüsusi material yüksək istilikkeçirmə xassəsi ilə fərqlənir. Həmçinin onun ölçüsü 10 mikrona bərabərdir. Bu isə o deməkdir ki, həmin materialı istənilən elektron komponentə yerləşdirmək olar.“Panasonic” şirkəti artıq sentyabrda qrafit əsasında hazırlanmış xüsusi materialın tədarüklərinə başlayacaq.

EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL