Özünü enerji ilə tam təmin edən ev qurulub
ABŞ-ın Milli Standartlar və Texnologiyalar İnstitutu “Net-Zero Energy Residential Test Facility” layihəsini həyata keçirir. Bu layihənin məqsədi özünü enerji ilə tam təmin edə bilən şəhərkənarı evin yaradılması imkanını sübut etməkdir.
“ICTnews.az” elektron xəbər xidməti “osp.ru” saytına istinadən bildirir ki, institutun mütəxəssisləri tərəfindən qurulmuş ev xarici görünüşünə görə ənənəvi evdən fərqlənmir. İkimərtəbəli evdə dörd yataq otağı və üç sanitariya qovşağı var.
Lakin evdə yaşayan yoxdur. Ev-laboratoriyada hər şey kompyuter nəzarəti altındadır: qaranlıq düşəndə evdə işıq yanır, vanna və mətbəxdə vaxtaşırı su tökülməyə başlayır, müəyyən vaxtdan bir paltaryuyan maşın, axşamlar isə televizor işləyir. Bütün bu proses 4 nəfərdən ibarət ailə üçün hesablanıb.
Ev enerji və istiliyə qənaət məqsədilə layihələşdirilib, enerjidən səmərəli istifadə edən məişət texnikası ilə təchiz olunub, damda isə günəş panelləri quraşdırılıb. Pis hava şəraitində onların əvəzinə ümumi elektrik şəbəkəsinin enerjisi istifadə olunur, lakin bu “borc” həmişə istifadə olunmamış günəş elektriki hesabına geri qaytarılır.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL