waplog

Azərbaycanda “Phililps” mobil telefonlarının alıcıları çoxalıb


“Caspian Mobile” şirkəti mobil telefon bazarında öz yeniliklərini davam etdirir. Bu barədə şirkətdən verilən məlumatda bildirilir. Məlumatda qeyd edilir ki, bu ilin may ayından etibarən şirkət mobil telefon istehlakçılarına  Azərbaycan mobil telefon bazarı üçün yeni bir brendi, “Phililps” mobil telefonlarını  satışa çıxardı. “Philips” brendi məişət texnikası bazarında artıq öz sözünü demiş bir marka olduğundan  “Philips” mobil telefonları da qısa bir zaman ərzində müştəri  rəğbətini qazana bilib.

 Cari ilin 6 ayı ərzində “Philips” telefonlarının 10-dan çox modeli  müştərilərə təqdim olunub ki, bunlar da alıcılar tərəfindən böyük maraqla qarşılanıb. “Philips” telefonlarının əsas üstünlüyü onların uzun müddət  enerjiyə  qənaət etməsidir. Bu seriyadan olan telefonları müştərilər  1 həftə ərzində belə enerji yükləmədən istifadə edə bilərlər.




RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL