Xarici seysmoloqlar peyk rabitəsi ilə işləyən seysmik stansiyaları ilə tanış olublar
Bakıda səfərdə olan bir qrup xarici ölkə seysmoloqları AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) “Bakı stansiyası”nda olublar. Görüşdə Türkmənistan Elmlər Akademiyasının Seysmologiya İnstitutunun direktoru M.Çarıyev, institutun Seysmoloji məlumatların interpretasiyası şöbəsinin rəhbəri G. Çalıyeva, Rusiya EA-nın Yer Fizikası İnstitutunun laboratoriya müdiri A.Y. Sidorin və Panamanın OSOP təşkilatının direktoru Branden Kristensen iştirak ediblər.
“ICTnews” elektron xəbər xidmətinə bu barədə AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) məlumat verilib. Mərkəzdən bildirilib ki, AMEA RSXM-ın direktoru, geologiya-mineralogiya elmləri doktoru Qurban Yetirmişli qonaqları mərkəzin peyk rabitəsi ilə işləyən seysmik stansiyaları və onların iş prinsipi barədə ətraflı məlumatlandırıb.
Azərbaycanda seysmologiya sahəsində əldə olunan uğurların diqqət mərkəzində olduğunu söyləyən M.Çarıyev ikitərəfli əməkdaşlığa maraqlı olduqlarını bildirib. Qurban Yetirmişli isə ölkə rəhbərliyinin diqqət və qayğısı sayəsində Azərbaycanda seysmoloji stansiyalar şəbəkəsinin genişlənməkdə davam etdiyini, Xəzər dənizində 3 dənizdibi seysmik stansiyanın quraşdırılmasının nəzərdə tutulduğunu söyləyib. O, iki ölkə arasında ikitərəfli əməkdaşlığın vacib olduğunu və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının mümkünlüyünü qeyd edib. Görüşdə qonaqlara “Bakı stansiyası”na seysmik stansiyalardan gələn məlumatların toplanılması və emalı ilə bağlı da ətraflı məlumat verilib.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL