waplog

“Pensiya işlərinin elektron uçotu və monitorinq” mövzusunda təqdimat keçiriləcək


Moldova Respublikasının Sosial Sığorta Milli Kassasının nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Qurumdan qeyd edilib ki, DSMF sədri Səlim Müslümov nümayəndə heyəti ilə keçirdiyi görüşdə hazırda Azərbaycan pensiya təminatı sahəsində əməkdaşlıq haqqında ayrı-ayrı dövlətlərlə imzalanmış 10 sazişin tətbiqinin uğurla davam etdirildiyini vurğulayıb.

Bunlardan biri də “Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında Saziş”dir. İki ölkənin müvafiq qurumları arasında fərdi uçot, sosial sığorta və digər istiqamətlərdə əməkdaşlığın gələcək perspektivlərinə toxunan S.Müslümov ötən il Dövlət Sosial Müdafiə Fondu və Moldovanın Milli Sosial Sığorta Kassası arasında məcburi dövlət sosial sığortası sahəsində əməkdaşlıq haqqında  protokolun imzalandığını xatırladıb. Görüşdə aparılan müzakirələr zamanı Azərbaycan Respublikası və Moldova Respublikasında aparılan pensiya islahatları haqqında məlumat mübadiləsi, tərəflərin səlahiyyətlərinə aid olan məsələlər üzrə təcrübə mübadiləsinə şərait yaradacaq birgə tədbirlərin keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Məcburi dövlət sosial sığorta məsələləri üzrə nümayəndə heyətləri, mütəxəssislərin mübadiləsi və digər bu kimi sahələrdə yaxından əməkdaşlığın davam etdirilməsi üçün gələcək fəaliyyət planı nəzərdən keçirilib. Moldova Sosial Sığorta Milli Kassasının nümayəndə heyətinin Azərbaycana sentyabrın 22-nə kimi davam edəcək səfəri zamanı “Dövlət Sosial Müdafiə Fondunun təşkilati strukturu və əsasnaməsi.

Administrativ xərclər”,   “Dövlət sosial sığorta ödəmələrinin fərdi uçotu”, “Pensiya işlərinin elektron uçotu və monitorinq” mövzularında təqdimatlar keçiriləcək. Nümayəndə heyəti fondun bir sıra yerli şöbələrində yaradılmış avtomatlaşdırılmış idarəetmə sistemləri ilə yaxından tanış olacaqlar.
 
HƏQİQƏT



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL