İnternetdə hər bir kompyuterin 3 ünvanı var
İnternetdə resurslar necə ünvanlaşdırılır? Yəqin ki, bu sual kompyuter texnologiyalarından istifadə edən çox insanı düşündürür. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, akademik Əli Abbasovun da həmmüəllifi olduğu “İnformatika və kompyuterləşmənin əsasları” dərsliyinin yenidən işlənmiş nəşrində bununla yanaşı, bir çox suallara cavab tapmaq olar.
Ümumdünya şəbəkəsi olan internetdə hər bir kompyuter (əslində kompyuterin şəbəkə adapteri) eyni zamanda 3 ünvan alır: birincisi, adapterin zavod nömrəsidir. İkincisi, İP ünvanın kodudur, üçüncüsü, domen ünvandır ki, bütün bunlar da istifadəçi interfeysi üçün nəzərdə tutulub.
İP ünvan 4 baytlıq ölçüyə malikdir və 3 hissədən ibarətdir: İP ünvanın ranqı, lokal şəbəkənin nömrəsi və şəbəkə daxilində kompyuterin nömrəsi. İP ünvanın ranqı bu tipdən olan şəbəkələrin sayını və maksimal ölçüsünü təyin edir. Şəbəkənin nömrəsi qeydiyyat zamanı verilir. Şəbəkənin nömrəsini şəbəkənin sahibi olan təşkilat verir. Şəbəkə daxilində kompyuterin nömrələnməsi isə şəbəkə inzibatçısının səlahiyyətindədir.
Ünvanların domen təşkilatı “DNS” (Domain Name System) iyerarxik quruluşludur. Yuxarı səviyyənin bir neçə domeni vardır ki, bunların da hər birinə müəyyən ad verilir: “mom”, “edu”, “org”, gov, “ru”, “az” və s. Növbəti səviyyə domeni yuxarı səviyyə domeninə yeni ad əlavə etməklə yaradılır. Məsələn, “econ.msu.ru” Moskva Dövlət Universiteti İqtisad fakültəsinin şəbəkədəki domen adıdır. Domen adları sistemi internet xidmətləri içərisində mərkəzi yerlərdən birini tutur.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL