waplog

İki texnologiya nəhəngi birgə smartfon istehsal edəcək


“Motorola” və “İntel” şirkətləri “RAZR i” smartfonunu təqdim ediblər. “Android 4.0” əsasında işləyən aparat “İntel Atom”   prosessoru ilə təchiz olunub.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən  bildirir ki, prosessor birnüvəlidir, lakin “Hyper-threading” texnologiyasını dəstəkləyir. Çipin takt tezliyi 2 QHs təşkil edir. Prosessor 2012-ci ildə istifadəyə verilmiş “Medfield” xəttinə aiddir.

“Razr i” smartfonu 960x540 təsvir ölçüsünə malik 4,3 düym diaqonallı “Super AMOLED” ekranı ilə təchiz olunub. Ekran aparatın bütün ön panelini tutur. Smartfonun korpusunun qalınlığı 8,3 millimetrə bərabərdir. Batareyanın tutumu 2000 milliamper/saat təşkil edir.

“RAZR i” smartfonunun əsas xüsusiyyəti çox sürətli kamera olacaq: o, 1 saniyədən də az müddət ərzində hazırlıq vəziyyəti alır. "Kamera" tətbiqinin işə salınması üçün ayrıca düymə nəzərdə tutulub. Çəkiliş sürəti saniyədə 10 kadr təşkil edir. Smartfonda fotomatrisin təsvir ölçüsü 8 meqapiksel təşkil edir.
Aparat oktyabrda satışa çıxarılacaq. Onu Avropa və Cənubi Amerikada satın almaq mümkün olacaq.
 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL