Amerikalılar köhnə mobil telefonların qəbulu üçün avtomatlaşdırılmış məntəqə hazırlayıblar
Amerikalı mühəndislər istifadə edilmiş mobil telefonlar üçün avtomatlaşdırılmış qəbul məntəqəsi hazırlayıblar. Qurğu aparatın qalıq dəyərini müəyyən edir və sonra mobil telefonun sahibinə aşağıdakı seçimləri təklif edir: mobil telefonu özündə saxlamaq, yenisini satın almaq üçün kupon əldə etmək və ya pulu xeyriyyə təşkilatlarının hesabına göndərmək.
“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, 2012-ci ilin sonunadək 300 belə aparat hazırlamaq planlaşdırılır. Bu aparatlar sonradan iri mağaza və ticarət mərkəzlərində quraşdırılacaq.
Keçirilmiş sınaqlar nəticəsində aparatın dəqiqliyinin 97,5 faiz təşkil etdiyi məlum olub. İstehsalçılar əldə etdikləri əlavə maliyyələşdirmə sayəsində sistemi təkmilləşdirməyə hazırlaşırlar.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL