waplog

Bakı Modern Məktəbində şagirdlərin əldə etdiyi nəticələr “İnkişaf kartı” vasitəsilə izləniləcək


Bakı Modern Məktəbində təhsil metodları ənənəvi deyil, fəal təlim metodlarına uyğun qurulacaq. Təhsil müəssisəsində ingilis dilinin tədrisinə ayrılan saatların sayı həftə ərzində 5-ə çatacaq. Həmçinin informatika fənninin həftədə 3 saat tədrisi nəzərdə tutulur.

Bundan başqa, məktəbdə şagird nailiyyətlərinin qiymətləndirilməsi də 50 ballıq cədvələ əsasən aparılacaq. Belə ki, sözügedən təhsil müəssisəsində şagirdlərin əldə etdiyi nəticələri “İnkişaf kartı” vasitəsilə izləmək mümkün olacaq.

Bunun üçün hər bir şagirdin “İnkişaf kartı” olacaq. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, burada tədris Harvard Universitetinin proqramlarına əsasən təşkil olunacaq. Məktəbdə 1-10-cu siniflərə 305 şagird qəbul edilib.

Azərbaycan və rus bölmələri ilə yanaşı, 1-ci siniflər üçün ingilis bölməsi də açılıb. Bundan başqa, müəssisədə dərsdən sonra şagirdlərin rəsm, musiqi, rəqs, üzgüçülük dərnəklərində məşğul olması üçün hərtərəfli şərait yaradılıb. Bakı Modern Məktəbində 8-ci sinifdən etibarən şagirdlərin sürücülük kurslarında iştirakı da planlaşdırılır ki, bu məqsədlə xüsusi otaq təşkil edilib.

Qeyd edək ki, sentyabrın 17-də paytaxtın Nərimanov rayonunda Bakı Modern Məktəbinin açılmasına həsr olunmuş mərasim keçirilib. Mərasimdə təhsil naziri Misir Mərdanov, ABŞ-ın Harvard Universitetinin beynəlxalq layihələr üzrə prezidenti, professor Farhud Kaffi, Kaliforniya Universitetinin professoru, doktor Tamar Endryus və digər rəsmi şəxslər iştirak ediblər.
 
 
HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL