Çinlilər dünyada “Full HD” ekranına malik birinci smartfon hazırlayıblar
Hər şeydən əvvəl “Blue-ray” oxuducusunun istehsalçısı kimi tanınan Çinin “Oppo” şirkəti rekorda imza atmağı sevir. Onun aktivində artıq dünyanın ən nazik smartfonu (6.65 millimetr qalınlıqlı “Oppo Finder” smartfonu) var və şirkət hazırda “Oppo Finder 5” – dünyada “1080p” (1920x1080 piksel) ekranına malik birinci telefonu təqdim edib.
“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, “Oppo Finder 5” smartfonu 1 düymdə 441 piksel sıxlığına malik 5 düymlü ekranla təchiz ediləcək. “Oppo” şirkətinin direktoru Çen Minyen bildirib ki, “Oppo Finder” bu göstərici üzrə “iPhone 5” (1 düymdə 326 piksel) və “Nokia Lumia 920” (1 düymdə 331 piksel) smartfonlarını üstələyir.
Qurğuda “Android 4.1 Jelly Bean” əməliyyat sistemi (ƏS) quraşdırılacaq. Smartfon dördnüvəli “Qualcomm Snapdragon APQ8064 S4 Pro” prosessoru ilə təchiz olunub. Qurğuya 2 qiqabaytlıq əməli yaddaş, 12 meqapikselli əsas və 2 meqapikselli ön kamera quraşdırılacaq. Qurğu 16 və 32 qiqabaytlıq versiyada tədarük olunacaq. Akkumulyatorun tutumu 2500 milliamper/saat təşkil edir.
Smartfonun çıxarılma tarixi və qiyməti məlum deyil.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL